Sənət 11:48 26.09.2022

Aktyor-qazi: Gəncləri maraqlandırmayan "Gənc Tamaçaçılar" kimə lazımdır?

Gənc Tamaşaçılar Teatrının direktoru ilə mərhum şair Nüsrət Kəsəmənlinin qazi nəvəsi Cavidan Kəsəmənli arasında arasında başlayan narazılıq böyüməkdədir.

Qaynarinfo xəbər verir ki, "Addım” Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə GTT-ni ən geridə qalmış teatr adlandırıb və rejissor Nicat Kazımovun quruluş verdiyi tamaşalardan əlavə, bütün fəaliyyətinin üstündən xətt çəkib:

"Gəncləri maraqlandırmayan Gənc Tamaçaçılar Teatrı kimə lazımdır? Ömrü boyu ən geridə qalmış, dövlət dotasiyalarını məhv edən teatr olub. Bununla bağlı ayrıca paylaşım edəcəm. Cavidan Kəsəmənliyə gəlincə, həqiqətən də istedadlı aktyordur və belələrinin ağzını qaşımaqda haqlıdır. İti, qurdu, qohumlarını tapşırıqla götürürlər, bəlli maaş silmələr və s. Azərbaycan gəncinə, minumum istedadına lazımi münasibət ayırmalı idi. Qazi və s. mövzular sənətdə işləmir”.
Cavidan Kəsəmənli isə ona qarşı haqsızlıq edildiyini və məsələnin sonuna kimi gedəcəyinə söz verdiyini deyib:

"Hələ bildiyim bəzi şeyləri açıqlamıram, zamanı var. Məni heç bir şey bu mübarizədə geri addım atmağa səbəb yaratmayacaq, buna and içirəm. Səbirli olun, diktator Naidə xanım”.

Qeyd edək ki, mərhum şair Nüsrət Kəsəmənlini nəvəsi Cavidan Kəsəmənli işə götürülməməsi ilə bağlı Tamaşaçılar Teatrına müraciət edib. Teatrın rəhbərliyi 25 yaşlı Cavidanla 5-6 dəfə  görüşsə də, sonda ona teatrda boş yer olmadığını deyib.

Bahar Rüstəmli