Sənət 10:08 19.07.2022

Alim Qasımov Bülbül və Müslüm Maqomayevin siyahısına adını əlavə etdi (VİDEO)

Xalq artisti Alim Qasımov "Sevgili canan”a yenidən nəfəs verib.

Qaynarinfo xəbər verir ki, xanəndə sözləri Nizami Gəncəviyə, musiqisi dahi bəstəkar Üzeyir Hacıbəyova məxsus olan "Sevgili canan” əsərini yeni aranjimanda oxuyub. 

Onun bu ifası sosial şəbəkə izləyiciləri tərəfindən bəyənilib. 
 
Qeyd edək ki, "Sevgili canan” əsəri mərhum sənətkarlar, Xalq artistləri Bülbül və Müslüm Maqomayevin repertuarında yer alıb.

Bahar Rüstəmli