Sənət 11:25 08.06.2022

Alim Qasımov İstanbulda konsert verəcək

Xalq artisti Alim Qasımov Türkiyədə konsert verəcək.

Bu barədə Qaynarinfo-ya xanəndənin özü məlumat verib. Alim Qasımov bildirib ki, konsert iyunun 12-də Türkiyənin İstanbul şəhərində baş tutacaq.

Alim Qasımov bildirib ki, konsertdə onunla yanaşı. Əməkdar artist Fərqanə Qasımova da iştirak edəcək. 

Proqramda Azərbaycan xalq mahnıları və muğamlar səsləndiriləcək.

Bahar Rüstəmli