Sənət 12:16 20.07.2022

Alim Qasımov "Sevgili canan"la bağlı qərarından danışdı: "Allahı çağırıb zümzümə etdim..."

Xalq artisti Alim Qasımov "Sevgili canan”ı repertuarına salmasına aydınlıq gətirib.

Xanəndə Qaynarinfo-ya açıqlamasında cavanlıqda bu əsəri tar və kaman ilə oxuduğunu deyib. 

"Cavanlıqda oxumuşdum. Bu günlərdə könlümə düşdü, Fərahim onu yenidən aranjiman etdi. Hazır olandan sonra bunu Xalq artisti Fərhad Bədəlbəyli ilə müzakirə etdik. Fərhad müəllim sağ olsun, bəzi yerlərində göstərişlər verdi. Düzdür, mən opera, romans oxuyan deyiləm, amma bu əsər rəhmətlik Bülbülün ifasında çox xoşuma gəlirdi. Bəlkə saatlarla ona qulaq asaram. Allahı çağırıb zümzümə etdim, mənim də ifamda belə alınıb. Kimlərinsə xoşuna gəlibsə, onlara minnətdarlıq edirəm”, deyə Xalq artisti bildirib.

Alim Qasımov deyir ki, bu, son olmayacaq:

"Bundan sonra növbə "Sənsiz”ə çatacaq. İnşallah, onu da oxuyacağam”.

Bahar Rüstəmli