Sənət 11:06 07.02.2023

Alim Qasımov: "Sevincimin həddi-hüdudu yoxdur"

"Nəticəm evimizə böyük xöşbəxtlik gətirib”.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Alim Qasımov deyib. 

"İlk nəticəmdir. Allah hər bir ailəyə nəsib eləsin. Fərqanə xanım nənə olub, Allah bizə bunu nəsib elədi, şükürlər olsun. Çox sevinirəm, sevincimin həddi-hüdudu yoxdur. Onlar nəvə gördü, biz də nəticə. Allah bu sevinci bütün babalara nəsib eləsin”. 

Qeyd edək ki, Xalq artisti Natiq Şirinovun oğlu Ümid və Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimənin övladı dünyaya gəlib. Şəms adı qoyulan körpə Xalq artisti Alim Qasımovun nəticəsidir. 

Bahar Rüstəmli