Dünya 20:58 10.12.2023

Alman məmur 5 il ərzində heç bir iş görmədən 350 min avro maaş alıb

Almaniyanın qərbindəki Betzdorf-Qebhardshayn icmasında maraqlı hadisə baş verib.

Qaynarinfo "Bild"ə istinadən xəbər verir ki, bir neçə kəndin daxil olduğu ümumilikdə 26 min əhalisi olan icmada 5 il ərzində heç bir iş görməyən məmur 350 min avro maaş alıb.

Yerli burqomaster olan 64 yaşlı sosial demokrat Bernd Brato Beş il əvvəl yerli hakimiyyət orqanlarında tikinti və planlaşdırma işlərinə cavabdeh kadr vəzifəsinə təyin edilib. Səlahiyyətlilərdən tələblər alındığından ondan evdən işləmək tələb olunub.

Lakin 5 il ərzində heç bir müraciət daxil olmayıb. Bütün bu müddət ərzində məmur ildə 70 min avro maaş alıb və 5 il ərzində 350 min avro qazanıb. 

Hazırda nəzarət orqanları hadisə ilə bağlı araşdırma aparır. Prosedur yanvar ayına qədər davam edəcək. Lakin dövlət qulluqçusunun özü ştat cədvəlinə tam uyğun "işlədiyi üçün" onu heç bir sanksiya gözləmir.

Aydın