Dünya 14:03 26.02.2023

Almaniya enerji böhranından çıxmaq üçün 2030-cu ilə qədər 1 trilyon xərcləyəcək

Almaniya 2030-cu ilə qədər Ukraynadakı münaqişənin yaratdığı enerji böhranının ani risklərini aradan qaldırmaq üçün 1 trilyon dollardan çox sərmayə qoymalıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" analitiklərinin hesablamalarında deyilir.

Mütəxəssislər hesab edirlər ki, bu məbləğ kömür və atom elektrik stansiyalarının istifadəsini dayandırmaq, elektrik nəqliyyat vasitələri və istilik sistemlərindən artan tələbatı ödəmək və iqlimlə bağlı öhdəlikləri yerinə yetirmək məqsədilə elektrik şəbəkələrinin təkmilləşdirilməsinə sərmayə qoymaq üçün lazım olacaq. Agentlik vurğulayır ki, bu günə kimi Almaniya bu məqsədlər üçün 275 milyard dollardan çox vəsait ayırıb, lakin yekun qərar daha baha başa gələcək.

Almaniyanın kansleri Olaf Şolz "Volkswagen"in Volfsburqdakı mənzil-qərargahına səfəri zamanı deyib ki, Almaniya hökuməti 43 futbol meydançasına ekvivalent ərazidə günəş panelləri quraşdırmağı, gündəlik 1,6 min istilik nasosunun işləməsini təmin etməyi, həftədə 27 quru və dörd dəniz külək stansiyaları tikməyi planlaşdırır. Almaniyanın şəbəkə tənzimləyicisi və "Agora Energiewende” analitik mərkəzinin hesablamalarına görə, 2030-cu ilə qədər respublika bu ilə tələbin üçüncü artımı fonunda əlavə 250 giqavat istehsal etməlidir.

Enerji və iqlim siyasətinə nəzarət edən vitse-kansler Robert Habek "Bu, cəsarətli bir təşəbbüsdür - Almaniyanın yenidən qurulmasından (İkinci Dünya Müharibəsindən sonra) bəlkə də ən iddialı layihədir”, - deyib.

Alpər