Ekonomiks 17:56 08.06.2022

Şamaxıda vətəndaşların problemləri dinlənildi (FOTOLAR)

"Veteran atası olaraq "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə fərdi yaşayış evimin qazlaşdırılması ilə bağlı müraciət etmişdim. Bu gün mən bura məhz təşəkkür etmək üçün gəlmişəm ki, qısa müddət ərzində onun göstərişi ilə mənim evim mavi yanacaqla təmin olundu". 

Qaynarinfo xəbər verir ki, bu sözləri Şamaxı rayonunun Məlcək kənd sakini Heydər Nağıyev Şamaxı rayonunda vətəndaşlarla keçirilən görüş zamanı bildirib.

Vətəndaşların qaz təchizatı ilə bağlı problemlərinin yerindəcə dinlənilməsinə, araşdırılması üçün nəzarətə götürülməsinə xidmət edən "Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən görüşdə 20-dək vətəndaşın müraciəti dinlənilib.

Sakinlər görüş zamanı fərdi yaşayış evinin qazlaşdırılması, yeni yaşayış massivinə küçə qaz xəttinin çəkilməsi, işə qəbul, qapı keçidinin quraşdırılması ilə bağlı müraciət ediblər.