Dünya 12:30 03.02.2023

Analitiklər Rusiyanın Ukraynada texnika itkilərini hesabladılar

2022-ci il fevralın 24-dən bəri Rusiya Federasiyasının ordusu Ukraynada 9 mindən çox hərbi texnika itirib. Analitiklər yalnız məhv edilməsi foto və videolarla təsdiqlənən avadanlıqları nəzərdən keçiriblər.

Qaynarinfo xəbər verir ki, Oryx layihəsinə görə, Rusiya 5694 texnika itirmiş, onlardan 242-si zədələnmiş, 2759-u isə ələ keçirilmişdir.
 
Eyni zamanda, rusiyalılar 306 sayda texnikanı döyüş meydanında sadəcə olaraq atıblar. İtirilmiş Rusiya texnikasının ümumi sayından 1671-i tank, o cümlədən 989-u məhv edilmiş, 545-i isə ələ keçirilib. 

"Bu siyahıya yalnız məhv edilmiş texnika və avadanlıqlar daxildir, onların haqqında fotoşəkillər və ya videolar var. Buna görə də məhv edilmiş texnikanın miqdarı burada qeydə alınandan xeyli çoxdur. Atıcı silahlar, tank əleyhinə sistemlər, MANPADS, minaatanlar, pilotsuz döyüş sursatları, pilotsuz uçuş aparatları, mülki avtomobillər, qoşqular və atılmış avadanlıqlar bu siyahıya daxil edilməyib” deyə analitiklər izah ediblər.

Nizami Bağırov