"Azərsu” ASC Aran rayonlarında su probleminin həlli üçün pilot layihə icra edəcək.
Bunu ARB24-ün "Gündəm” verilişinə açıqlamasında "Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib.
"Su komissiyasının tez-tez iclasları keçirilir. Bu iclaslarda hər bir təşkilatın, nazirliyin, qurumun rəyləri nəzərə alınır. Burada işlər koordinasiyalı həyata keçirilir. Demək olar ki, yaranmış problemin həlli ilə bağlı mütəmadi hesabatlar aparılır. Bizim Saatlı rayonu ilə bağlı pilot layihəmiz var. Layihədə subartezian quyusunun qazılması və onun qarşısında kiçik əks-osmos tipli qurğu quraşdıraq, əhalinin içməli suya olan tələbatının ödənilməsi nəzərdə tutulur. Düşünürəm ki, bu layihə özünü doğruldacaq. Gələcəkdə artıq Aran rayonlarında yaranan problemlərin bir qismini bu yolla həll edə biləcəyik. Çünki əks-osmos qurğusu şor suyu içməyə yararlı formaya gətirəcək və onun duzluğunu aşağı salacaq. Bundan sonra əhali onu istifadə edə biləcək”, - deyə o bildirib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər