İdman 18:15 18.05.2022

"Araz Naxçıvan"a texniki məğlubiyyət verildi, finala başqa komanda çıxdı

Region Liqasının finalında "Cəbrayıl"ın rəqibi "Xan Lənkəran" olacaq.
 
Qaynarinfo xəbər verir ki, buna səbəb "Araz Naxçıvan"a texniki məğlubiyyət verilməsi olub. Bu barədə AFFA-nın İntizam Komitəsi qərar çıxarıb. Qərar aşağıdakı kimi olub.
 
AFFA tərəfindən təşkil olunan həvəskar statuslu Region Liqası turnirinin 1/2 final mərhələsi çərçivəsində mayın 15-də keçirilmiş "Xan Lənkəran” – "Araz-Naxçıvan” oyunu ilə bağlı AFFA İntizam Komitəsinin 18 may 2022-ci il tarixli müvafiq qərarı (heyətində peşəkar müqaviləsi olan futbolçular aşkarlandığı üçün "Araz-Naxçıvan” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilməsi) nəzərə alınaraq, Region Liqasının mayın 20-də keçiriləcək final oyununda "Cəbrayıl” və "Xan Lənkəran” komandaları qarşılaşacaq.
 
Səbuhi Həsənov