İdman 10:12 29.10.2022

"Araz-Naxçıvan" bu gün sonuncu matçına çıxır

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasında bu gün son oyununu keçirəcək.

Qaynarinfo-nun məlumatına görə Joze Alesionun baş məşqçi olduğu kollektiv 5-ci qrupdakı sonuncu görüşündə Bosniya və Herseqovina təmsilçisi "Mostar”la üz-üzə gələcək.

Qrupda keçirdiyi ilk iki oyunda məğlubiyyətlə üzləşən təmsilçimiz növbəti mərhələyə çıxmaq şanslarını itirib.

Çempionlar Liqası, əsas mərhələ, 3-cü tur

 Saat 22:00. "Mostar" (Bosniya və Herseqovina) – "Araz-Naxçıvan”

Hakimlər: Jan Kresta (Çexiya), Lukaş Peşko (Slovakiya), Josip Dujmiç (Xorvatiya)
Timekeeper: Farik Keco (Bosniya və Herseqovina)
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)
UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)
 
29 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena.
 
Səbuhi Həsənov