İdman 10:03 07.07.2023

"Araz-Naxçıvan"ın ilk transferi serbiyalı oldu

UEFA Çempionlar Liqasında iştirak edəcək "Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalara başlayıb.
 
Qaynarinfo-nun məlumatına görə, ölkə çempionunun mövsümlərarası fasilədə ilk transferi serbiyalı futzalçı olub. Bu barəfə Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb. 
 
Klub Ninoslav Aleksiçlə birillik müqavilə bağlayıb. Serbiya millisinin də üzvü olan 28 yaşlı forvardın son klubu ölkəsində "Ekonomaç” olub.
 
Səbuhi Həsənov