İdman 10:54 12.09.2022

"Araz-Naxçıvan"ın oyunlarının təqvimi müəyyənləşdi

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək "Araz-Naxçıvan" komandasının oyunlarının təqvimi bəlli olub.

Azərbaycan Futzal Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə, ölkə çempionu oktyabrın 26-da İsveçin "Orebro" kollektivi ilə üz-üzə gələcək.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda oktyabrın 27-də Serbiya təmsilçisi "Loznika Qrad"la, oktyabrın 29-da Bosniya və Herseqovina "Mostar"ı ilə görüşəcək.

Qarşılaşmalar Bosniya və Herseqovinanın Mostar şəhərindəki "Mithad Hujdur Hujka Arena"da keçiriləcək. Yalnız qrup qalibi elit-raunda yüksələcək.
 
Səbuhi Həsənov