İdman 14:49 27.04.2023

"Araz Naxçıvan" PFL-in əsasnaməsini pozub

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

Qaynarinfo-nun məlumatına görə iclasın Birinci Divizionun 26-cı turuna həsr olunmuş hissəsində qaydalar çərçivəsindən kənara çıxanlarla bağlı aşağıdakı qərarlar qəbul olunub. 

"Şamaxı-2” – "İmişli” oyununda "İmişli” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə "İmişli” klubu 80 manat cərimə edilir (maddə 39);

"Sumqayıt-2” – "Zaqatala” görüşünün oyunöncəsi iclasında "Zaqatala” klubunun nümayəndəsinin iştirak etmədiyinə görə "Zaqatala” klubu 80 manat cərimə edilir (maddə 62.1);

"Sumqayıt-2” – "Zaqatala” görüşündə "Sumqayıt-2” komandasının qapıçısı Ayxan Qocayev rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, "Sumqayıt-2” komandası 20 manat cərimə edilir (maddə 47.1);

"Qəbələ-2” – "Qaradağ Lökbatan” görüşünün oyunöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə "Qəbələ-2” komandası 40 manat cərimə edilir (maddə 62.2);

"Qəbələ-2” – "Qaradağ Lökbatan” görüşündə "Qəbələ-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə "Qəbələ-2” komandası 80 manat cərimə edilir (maddə 39);

"Qəbələ-2” – "Qaradağ Lökbatan” görüşündə "Qaradağ Lökbatan” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə "Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 39);

"Zirə-2” – "Neftçi-2” görüşündə "Neftçi-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə "Neftçi-2” 80 manat cərimə olunur (maddə 39);

"Araz Naxçıvan” – "Mingəçevir” görüşündə PFL əsasnaməsinin 9-cu bəndi pozulduğuna görə "Araz Naxçıvan” klubu 80 manat cərimə edilir (maddə 60);

Səbuhi Həsənov