"Araz-Naxçıvan" futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv V qrupdakı ikinci görüşündə Serbiya "Loznika Qrad"ı ilə üz-üzə gəlib. Bosniya və Herseqovinanın Mostar şəhərindəki "Mithad Hujdur Hujka Arena"da oynanılan görüş rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər görüşündə Bosniya və Herseqovina "Mostar"ı İsveç "Erebru"su ilə qarşılaşacaq.
Çempionlar Liqası
Əsas mərhələ, II tur
27 oktyabr
19:30. "Loznika Qrad" (Serbiya) - "Araz-Naxçıvan" (Azərbaycan) - 4:1
Qeyd edək ki, "Araz Naxçıvan" ilk matçda "Erebru"ya 2:5 hesabı ilə uduzub.
Şərhlər