İdman 18:36 07.03.2022

"Araz Naxçıvan" yeni baş məşqçisinin adını açıqladı

"Araz Naxçıvan" yeni baş məşqçisinin adını açıqlayıb.
 
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, növbəti mövsümdən futbol üzrə Azərbaycan Birinci Divizionda oynamağı qarşısına məqsəd qoyan "Araz-Naxçıvan" PRO kateqoriyalı məşqçi Azər Bağırovla razılaşıb. 
 
Bağırov bu gün komandaya təqdim olunub. Yaxın günlərdə onunla rəsmi olaraq müqavilə imzalanacaq.
 
Mütəxəssis son olaraq Birinci Divizion təmsilçisi "Səbail-2"nin baş məşqçisi vəzifəsində çalışıb.
 
Səbuhi Həsənov