Siyasət 15:12 04.07.2022

Şarl Mişel Azərbaycan prezidenti ilə müzakirəsindən yazdı

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanla münasibətlərin nizamlanması prosesinin gedişatını müzakirə edib.

Qaynarinfo xəbər verir ki, Avropa İttifaqı Şurasının rəhbəri bu barədə öz Tvitter hesabında məlumat yayıb.

"Mən Azərbaycan Prezidenti ilə Azərbaycan və Ermənistan arasında dialoqun Brüssel gündəliyindəki bütün məsələləri müzakirə etdim. Mən sabit, təhlükəsiz və dinc Cənubi Qafqazın Aİ üçün vacibliyini qeyd etdim. Biz kommunikasiyalar və sərhədlər, eləcə də gələcək sülh müqaviləsi, humanitar məsələlərlə bağlı məsələləri dəstəkləməyə davam edəcəyik", - o yazıb.

Xatırladaq ki, mayın 22-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Avropa Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçirilib. Müzakirələr nəticəsində regional kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın işinə başlanması istiqamətində gələcək işlərə dair razılıq əldə olunub.
 
Alpər