Sənət 13:36 23.01.2023

Aşıq Namiq: “Tünzalənin dadına nə pul çatdı, nə də həkim" (VİDEO)

"Tünzalənin dadına nə pul çatdı, nə də həkim".

Bunu Qaynarinfo-ya açıqlamasında aşıq Aşıq Namiq Fərhadoğlu uzun illərdi xərçəng xəstəliyindən əziyyət çəkən və yanvarın 22-də dünyasını dəyişən Əməkdar artistTünzalə Əliyevadan danışarkən deyib. Aşıq bildirib ki, Tünzalə yaşamaq üçün mübarizə apardı, amma alınmadı:

"Dərd Allahdan gəlirsə, ona heç bir həkim kömək edə bilməz. Uşağını böyütmək istəyirdi, o boyda dərdin-ağrının qarşısında deyirdi ki, "İlahi, buna da şükür”. İki iynəsinə 10 min lazım idi. Apardıq, nə yazıq ki, dadına çatmadı, bəla Allahdandırsa, milyonlar töksəniz də xeyri yox. Uşağı qaldı anasız. Onun yaşamağa, uşağını böyütməyə həyat eşqi var idi”.

Namiq Fərhadoğlu Bakıda olmadığından Tünzalə Əliyevanın dəfnində iştirak edə bilmədiyini deyib:

"Onun ölümü hamımızı sarsıtdı, heyif... Bur uşaq anasız qaldı”.

Qeyd edək ki, Əməkdar artist Tünzalə Əliyeva uzun sürən xəçəng xəstəliyindən sonra yanvarın 22-də dünyasını dəyişib. 

Bahar Rüstəmli