Dünya 19:45 16.06.2022

Astana sammiti bitdi: Suriya ilə bağlı bəyanat verildi

18-ci Astana sammitində iştirak edən tərəflər Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər.

Qaynarinfo bu barədə "ƏI-Aləm agetliyinə istinadən xəbər verir.

Suriyalı qaçqınların geri qaytarılması məsələsini müzakirə edən 18-ci görüş dünən Qazaxıstanın paytaxtı Nursultanda başlayıb və başa çatıb.

Bugünki görüşdə iştirak edən ölkələr Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə güclü sadiqliklərini bir daha təsdiqləyiblər.
Bəyanatda qeyd olunub ki, qarant dövlətlər terrorizmin bütün formaları ilə mübarizəni davam etdirmək və Suriyanın suverenliyini zəiflətməyə yönəlmiş separatçı gündəmlərə qarşı durmaq əzmində olduqlarını bir daha təsdiqləyirlər.

Bəyanata əsasən, zamin ölkələr həmçinin Suriyanın mülki obyektlərinə edilən və günahsız insanların həlak olması ilə nəticələnən terror hücumlarını pisləyib, İŞİD, "Cəbhət ən-Nusrə" və bütün əlaqəli terror qruplarının məhv edilməsi üçün əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Onlar böhranın həllində irəliləyişdə Astana prosesinin rolunu vurğulayaraq bildiriblər ki, Suriyanın şimalında davamlı təhlükəsizlik və sabitlik yalnız Suriyanın suverenliyi və ərazi bütövlüyünün qorunması əsasında əldə edilə bilər.

Qeyd edək ki, bu sammit İran, Rusiya, Türkiyə, Suriya, Suriya müxalifəti, Livan və İraqın nümayəndə heyətlərinin iştirakı ilə keçirilib.

M.Arif