Ekonomiks 10:16 04.01.2023

Astanaya uçan təyyarə Bakıda təcili eniş etdi

Frankfurt-Almatı-Astana reysi ilə uçan sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. 

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan Qaynarinfo-ya bildirilib.

Astana hava limanında güclü duman səbəbindən "Lufthansa”nın Frankfurt-Almatı-Astana reysi ilə uçan DLH-649 reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

Göyərtəsində 123 sərnişin olan "Airbus A330” təyyarəsi yerli vaxtla saat 06:58-də Bakı hava limanına enib.

Hava gəmisi kapitanının qərarı ilə saat 08:38-də təyyarə Bakı hava limanından Frankfurta geri dönüb.