Dünya 23:20 01.12.2023

Astronomlar nəhəng ekzoplanet kəşf etdi

Pensilvaniya Dövlət Universitetinin alimləri elə bir ekzoplanet kəşf ediblər ki, o, kosmos qanunları haqqında mövcud təsəvvürlərə uyğun gəlmir. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Science” jurnalında dərc olunan araşdırmada deyilir.

Alimlərin tapıntılarına görə, LHS 3154 ekzoplanetinin mövcudluğunu planetlərin formalaşmasının klassik modellərindən istifadə etməklə izah etmək mümkün deyil. Planetin kütləsi Yerin kütləsini 13 dəfə üstələyir. Eyni zamanda, Günəşdən 9 dəfə kiçik olan çox soyuq cırtdan ulduzun ətrafında fırlanır.

"İlk dəfədir ki, belə böyük kütləyə malik bir planet bu qədər az kütləli bir ulduzun ətrafında fırlanır", deyə məqalədə bildirilir.

Qeyd edilir ki, bu kəşf kainatda ulduzların və planetlərin əmələ gəlməsi nəzəriyyəsində şübhələri üzə çıxarıb. Kompüter analizlərinə görə, LHS 3154 ulduzunun kütləsi və tozun qaza nisbəti orada belə nəhəng planetin görünməsi üçün müşahidə edilən dəyərin 10 qatını keçməli idi.

Aydın