İdman 09:27 25.03.2023

AVRO-2024: Türkiyə millisi İrəvanda Ermənistanla qarşılaşacaq

Bu gün AVRO-2024-ün seçmə mərhələsinin I turunun növbəti oyunları keçiriləcək.

Qaynarinfo xəbər verir ki, A, D və I qruplarında ümumilikdə yeddi qarşılaşma baş tutacaq.

Türkiyə yığması səfərdə Ermənistan seçməsinin qonağı olacaq. D qrupunun digər görüşündə Xorvatiya Uelsi qəbul edəcək.

A qrupunda İspaniya - Norveç və Şotlandiya - Kipr matçları təşkil olunacaq.

AVRO-2024
Seçmə mərhələ
25 mart, I tur

A qrupu
18:00. Şotlandiya - Kipr
23:45. İspaniya - Norveç

D qrupu
21:00. Ermənistan - Türkiyə
23:45. Xorvatiya - Uels

I qrupu
21:00. Belarus - İsveçrə
21:00. İsrail - Kosovo
23:45. Andorra - Rumıniya