İdman 19:51 31.12.2023

AVRO-2024-ün qalibi kim olacaq? - Əsas favoritlər

Gələn il iyunun 4-də futbol üzrə Avropa çempionatının final mərhələsinə start veriləcək. 

Qaynarinfo xəbər verir ki, bukmeker kontorları turnirin qalibi olmağa əsas namizədləri müəyyənləşdiriblər.

Analitiklər Fransa və İngiltərə yığmalarını turnirdə qələbəyə əsas namizədlər hesab edirlər. Bu komandaların final əmsalı 4,50-dir.

Favoritlər arasında üçüncü yeri turnirin ev sahibi - Almaniya millisi tutur. Almanların qələbəsinə mərclər 7.00 əmsalı ilə qəbul edilir.

Favoritlərin "beşliy"inə İspaniya və Portuqaliya milliləri də düşüb. İspaniyanın qələbə əmsalı 8.00, Portuqaliyanın qələbə əmsalı 9.00-dur.

AVRO-2024 favorit "10-luğ"u:
İngiltərə - 4.50
Fransa - 4.50
Almaniya - 7.00
İspaniya - 8.00
Portuqaliya - 9.00
İtaliya - 17.00
Belçika - 17.00
Niderland - 17.00
Danimarka - 33.00
Xorvatiya - 33.00

Turnirin qruplarının tərkibi belədir:

A qrupu: Almaniya, Macarıstan, Şotlandiya, İsveçrə
B qrupu: İspaniya, Albaniya, Xorvatiya, İtaliya
C qrupu: İngiltərə, Danimarka, Sloveniya, Serbiya
D qrupu: Fransa, Avstriya, Niderland, A Yolunda pley-off qalibi (Polşa, Estoniya, Uels, Finlandiya)
E qrupu: Belçika, Rumıniya, Slovakiya, B Yolunda pley-off qalibi (İsrail, İslandiya, Bosniya və Herseqovina, Ukrayna)
F qrupu: Portuqaliya, Türkiyə, Çexiya, C Yolunda pley-off qalibi (Gürcüstan, Lüksemburq, Yunanıstan, Qazaxıstan)

Aydın