Sənət 12:13 26.01.2023

Ayaz Salayev Rasim Balayevin təşkilatına üzv olmayacaq: "Qurultay tələb etsinlər"

"Yaxşı olardı ki, onlar istefa vermək əvəzinə, yeni qurultayın keçirilməsini tələb etsinlər. Qurultayda çıxış edib, təkliflər irəli sürsünlər, tənqid etsinlər. İstefa vermək küsmək deməkdir. Sanki öz evindən küsürsən”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar incəsənət xadimi Ayaz Salayev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzlüyündən istefa verənlərdən danışarkən deyib. 

Ayaz Salayev İttifaqdan istefa verməyəcəyini deyib: "Qurultay keçirilməsini tələb edəcəm. Mən təşkilatdan niyə çıxmalıyam? Bu ittifaq heç kimin şəxsi mülki, dədəsinin evi deyil”. 

"İki ittifaq birləşərsə, Rasim Balayevin rəhbərlik etdiyi ittifaqa üzv olacaqsınızmı” sualına cavab olaraq Ayaz Salayev birdirib ki, onun belə bir fikri yoxdur: "Kim istəyirsə, qayıda bilər. Mənim ittifaqla bağlarım qopub, mənim bu qurumda heç bir işim yoxdur”. 

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri isə Rasim Balayevdir.

Bahar Rüstəmli