İngiltərə Premyer Liqası təmsilçisi "Brayton"un futbolçusu Kaoru Mitoma ayın oyunçusu seçilib.
Qaynarinfo-nun məlumatına görə, yapon futbolçu bu uğuruna görə böyük hədiyyə alıb. Belə ki, Mitomaya "Porşe" markalı avtomobil hədiyyə edilib.
"Brayton"da mövsümə uğurlu şəkildə davam edən Mitoma Premyer Liqada ilk ayı yüksək məhsuldarlıqla keçirib. 26 yaşlı futbolçu Premyer Liqada meydana çıxdığı 4 matçda bir qola, üç məhsuldar ötürməyə imza atıb.
Klub da bu səbəbdən futbolçuya mükafat olaraq "Porşe" hədiyyə edib. Bu hədiyyə azarkeşlər tərəfindən təəccüblə qarşılanıb. Hazırda transfer qiyməti 32 milyon avro olan Mitoma 2021-ci ilin yayında Yaponiya klubu "Kavasaki"dən "Brayton"a 3 milyon avro qarşılığında transfer edilib.
Səbuhi Həsənov
Şərhlər