Ekonomiks 17:44 23.01.2024

Azərbaycan balqabağı da xaricdən alır?

"İspaniyadan alınan balqabaq daha ucuz başa gəlir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Allahverdi Musatafayev deyib. Onun sözlərinə görə, balqabağı İspaniyadan almaq daha sərfəlidir:

"Azərbaycanda balqabaq o qədər də bahalı məhsul sayılmır. Balqabağın Azərbaycanda istehsalını artıqmaq çətin deyil. Amma xaricdən almaq daha sərfəlidir. Ola bilər ki, İspaniyadan alınan balqabaq 2 qəpiyə başa gəlir".

Allahverdi Mustafayev Azərbaycanda balqabağın 40-50 qəpiyə satıldığını bildirib. 

Qeyd edək ki, Azərbaycan İspaniyadan balqabaq idxal etməyə başlayıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, balqabaq, yunan qabağı və balqabaqlar fəsiləsindən olan digər tərəvəzlərin idxal miqdarı 307,94 tondur. 

Bahar Rüstəmli