İdman 10:08 19.04.2023

Azərbaycan Kuboku: "Neftçi" Tovuzda qonaq olacaq

Azərbaycan Kubokunda bu gün yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.

Qaynarinfo-nun məlumatına görə, "Turan Tovuz" "Neftçi"ni qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.

Komandalar indiyədək ölkə kuboku tarixində üz-üzə gəlməyiblər. Cavab görüşü aprelin 26-da gerçəkləşəcək. Yarımfinal mərhələsinin ötən gün keçirilən ilk matçında "Qəbələ" evdə "Səbail"i 3:2 hesabı ilə üstələyib.

Azərbaycan Kuboku, yarımfinal, ilk oyun

19 aprel

16:00. "Turan Tovuz” – "Neftçi”

Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu
 
Səbuhi Həsənov