İdman 17:58 19.04.2023

Azərbaycan Kuboku: “Neftçi” “Turan Tovuz”a uduzdu

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, "Turan Tovuz”la "Neftçi” raundun ilk matçında üz-üzə gəliblər.

Tovuzda baş tutan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə yeganə qola 74-cü dəqiqədə moldovalı müdafiəçi Denis Marandiçi imza atıb.

Bu komandalar arasında cavab matçı aprelin 26-da baş tutacaq.

Qeyd edək ki, dünən keçirilən yarımfinalın ilk qarşılaşmasında "Qəbələ” öz meydanında "Səbail”i 3:2 hesabı ilə məğlub edib.