İdman 10:54 20.12.2022

Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulur

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

Qaynarinfo xəbər verir ki, mərhələnin son oyun günündə daha iki qarşılaşma keçiriləcək.

Əvvəlcə "Turan Tovuz" "Kəpəz"i qəbul edəcək. Görüş saat 14:00-da Tovuz şəhər stadionunda baş tutacaq. Gəncədə ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar.

Digər matçda isə "Neftçi" "Zirə" ilə üz-üzə gələcəklər. Zirə İdman Kompleksində keçirilən ilk görüşdə meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. 

Bu iki cütün qalibi yarımfinalda bir-birinə rəqib olacaq.

Azərbaycan Kuboku

1/4 final, cavab oyunları

20 dekabr (çərşənbə axşamı)

14:00. "Turan Tovuz" - "Kəpəz" (İlk oyun - 2:1)

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamal Umudlu
VAR: Nicat İsmayıllı, Müslüm Əliyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz şəhər stadionu.

19:00. "Neftçi" - "Zirə" (İlk oyun - 0:1)

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Cavid Cəlilov
VAR: Cavid Cəlilov, Kamran Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"Bakcell Arena".

Mərhələnin ilk oyun günündə "Qəbələ" "Qarabağ"ı, "Səbail" isə "Sabah"ı mübarizədən kənarlaşdırıb.

Səbuhi Həsənov