İdman 10:42 28.11.2023

Azərbaycan Kubokunda ikinci təsnifat mərhələsinə start verilir

Bu gün futbol üzrə Azərbaycan Kubokunda ikinci təsnifat mərhələsinə start veriləcək.

Qaynarinfo-nun məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma baş tutacaq. Premyer Liqa təmsilçilərindən "Turan Tovuz” "Göygöl"ü qonaq edəcək, "Səbail" isə səfərdə "Şəfa" ilə qarşılaşacaq. Cütün qalibləri 1/8 finala vəsiqə qazanacaq.

28 noyabr (çərşənbə axşamı)

13:30. "Karvan” – "Difai Ağsu”
 
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Səbuhi Sultanov, Elvin Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu (canlı, "CBC Sport”)

13:30. "Araz Saatlı” – "İrəvan”
 
Hakimlər: Kamal Umudlu, Şirmamed Mamedov, Kərim Zeynalov, Əkbər Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu (canlı, "AzPFL”)

13:30. MOİK – "Cəbrayıl”
 
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu (canlı, "AzPFL”)

15:00. "Şəfa” – "Səbail”
 
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Tərlan Talıbzadə, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Elman Musayev.
"ASCO Arena” (canlı, "AzPFL”)

17:00. "Turan Tovuz” – "Göygöl”
 
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tovuz şəhər stadionu (canlı, "CBC Sport”)
 
Səbuhi Həsənov