İdman 09:00 26.04.2023

Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşir

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Qaynarinfo xəbər verir ki, turnirin ilk finalçısı da bu gün bəlli olacaq. Mərhələnin ilk oyun günündə "Neftçi" "Turan Tovuz"la qarşılaşacaq. "Bakcell Arena"da baş tutacaq matçın start fiti saat 20.00-da səsləndiriləcək. İlk görüşdə Bakı klubu bölgə təmsilçisinə 0:1 hesabı ilə məğlub olub.  

Digər yarımfinal matçında isə "Qəbələ" "ASCO Arena"da "Səbail"in qonağı olacaq. Bu görüş sabah baş tutacaq.

Azərbaycan Kuboku, yarımfinal, cavab oyunu

26 aprel

20:00. "Neftçi" - "Turan Tovuz" (İlk oyun - 0:1)

Baş hakim: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, İnqilab Məmmədov
VAR hakimləri: Əliyar Ağayev, Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı, "Bakcell Arena"

Ölkə kubokunun finalı iyunun 3-də "Bakcell Arena"da keçiriləcək.

Səbuhi Həsənov