İdman 10:11 27.04.2023

Azərbaycan Kubokunda son finalçı müəyyənləşir

Bu gün Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşəcək.

Qaynarinfo-nun məlumatına görə, yarımfinal mərhələsinin cavab matçları çərçivəsində "Qəbələ" Bakıda "Səbail"in qonağı olacaq.  "ASCO Arena"da keçiriləcək görüş saat 20.00-da başlayacaq.

Yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilmiş görüşdə bölgə təmsilçisi 3:2 hesablı qələbəyə sevinmişdi. 

Bu cütün qalibi finalda "Neftçi"yə rəqib olacaq.

Azərbaycan Kuboku, yarımfinal, cavab oyunları

27 aprel

20:00. "Səbail" - "Qəbələ" (İlk oyun - 2:3)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
"ASCO Arena".

Ölkə kubokunun final oyunu iyunun 3-də "Bakcell Arena"da keçiriləcək.

Səbuhi Həsənov