İdman 10:35 30.01.2023

Azərbaycan Premyer Liqasında 20-ci tura start verilir

Bu gün Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.

Qaynarinfo-nun məlumatına görə, ilk oyun günündə bir oyun baş tutacaq. "Sumqayıt" "Kapital Bank Arena"da "Turan Tovuz"u qəbul edəcək. Komandalar bunadək ölkə çempionatında 2 dəfə üz-üzə gəliblər. Onlardan birində tovuzlular qələbə qazanıb, digərində isə heç-heçə qeydə alınıb. Bu qarşılaşmalarda "gənclik şəhəri" təmsilçisi qol vura bilməyib.

Azərbaycan Premyer Liqası, 20-ci tur

30 yanvar

18:00. "Sumqayıt” – "Turan Tovuz”

Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Kamal Umudlu
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
"Kapital Bank Arena”.
 
"Qarabağ" - 53, "Sabah" - 46, "Neftçi" - 38, "Zirə" - 31, "Qəbələ" - 26, "Turan Tovuz" - 17, "Şamaxı" - 16, "Kəpəz" - 13, "Sumqayıt" - 12, "Səbail" - 10
 
Səbuhi Həsənov