İdman 10:50 12.05.2023

Azərbaycan Premyer Liqasında 34-cü tura start veriləcək

Azərbaycan Premyer Liqasında bu gün 34-cü tura start veriləcək. 

Qaynarinfo xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək. "Zirə" doğmna meydanda "Kəpəz"i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

Komandalar indiyədək ölkə çempionatında 15 dəfə qarşılaşıblar. Bunların 6-da "qartallar", 3-də "sarı-göylər" qələbə qazanıb. Qalan 6 oyun heç-heçə nəticələnib. Paytaxt təmsilçisi topların nisbətinə görə də rəqibindən öndədir - 21:15. Son 4 oyunda hər iki komanda qol vurub. "Kəpəz" son 7 görüşdə qalib gəlməyib.

Azərbaycan Premyer Liqası, 34-cü tur

12 may (cümə)

19:00. "Zirə" - "Kəpəz"
 
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Teymur Teymurov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zirə İdman Kompleksinin stadionu.
 
"Qarabağ" - 84, "Sabah" - 77, "Neftçi" - 61, "Qəbələ" - 48, "Zirə" - 45, "Turan Tovuz" - 35, "Kəpəz" - 29, "Sumqayıt" - 28, "Səbail" - 25, "Şamaxı" - 23
 
Səbuhi Həsənov