Azərbaycan Premyer Liqasında 35-ci tur çərçivəsində bu gün daha iki qarşılaşma keçiriləcək.
Qaynarinfo-nun məlumatına görə, turun qalan oyunları bu gün eyni vaxtda başlayacaq.
Artıq çempionluğu təmin etmiş "Qarabağ" "Azersun Arena"da "Sumqayıt"la qarşılaşacaq. "Səbail" səfərdə "Turan Tovuz"un, "Qəbələ" "Şamaxı"nın, "Zirə" isə "Sabah"ın qonağı olacaq.
Cari mövsüm mükafatçıların artıq müəyyənləşdiyi çempionatda sonuncu yerin taleyinə də aydınlıq gələ bilər. "Şamaxı" doğma meydanda məğlub olacağı, "Səbail" isə Tovuz səfərindən üç xalla qayıdacağı təqdirdə, şamaxılılar Birinci Diviziona düşəcək.
Azərbaycan Premyer Liqası, XXV tur
22 may
16:30. "Qarabağ" - "Sumqayıt"
16:30. "Turan Tovuz" - "Səbail"
16:30. "Şamaxı" - "Qəbələ"
16:30. "Sabah" - "Zirə"
Turun ilk matçında aşağıdakı nəticə qeydə alınıb
"Kəpəz" - "Neftçi" 1:3
"Qarabağ" - 87, "Sabah" - 80, "Neftçi" - 65, "Qəbələ" - 48, "Zirə" - 46, "Turan Tovuz" - 38, "Kəpəz" - 30, "Sumqayıt" - 28, "Səbail" - 25, "Şamaxı" - 24
Səbuhi Həsənov
Şərhlər