Azərbaycan Premyer Liqasında altıncı turun oyunları davam edir.
Qaynarinfo-nun məlumatına görə, bu gün tur çərçivəsində daha iki qarşılaşma baş tutacaq. Əvvəlcə "Kəpəz" doğma meydanda "Səbail"i qəbul edəcək. Gəncə şəhər stadionunda baş tutacaq matçı Rəvan Həmzəzadə idarə edəcək.
Günün son qarşılaşması "Dalğa Arena"da keçiriləcək. "Araz-Naxçıvan" "Neftçi" ilə görüşəcək. Bu matçın hakimi İnqilab Məmmədov olacaq.
Azərbaycan Premyer Liqası, altıncı tur
16 sentyabr (şənbə)
16.00."Kəpəz” – "Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Şirmamed Mamedov, Rövşən Rəcəbov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Gəncə şəhər stadionu
18.00. "Araz-Naxçıvan” – "Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Kamran Bayramov, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
"Dalğa Arena”
Turun ötən gün baş tutan bir qarşılaşmasında aşağıdakı nəticə qeydə alınıb.
"Zirə" - "Sumqayıt" 1:0
"Zirə" - 15, "Turan Tovuz" - 9, "Neftçi" - 8, "Qarabağ" - 7, "Sumqayıt" - 7, "Səbail" - 7, "Araz-Naxçıvan" - 7, "Sabah" - 4, "Kəpəz" - 4, "Qəbələ" - 3
Səbuhi Həsənov
Şərhlər