İdman 09:46 15.09.2023

Azərbaycan Premyer Liqasında altıncı tura start verilir

Bu gün Azərbaycan Premyer Liqasında altıncı tura start veriləcək.

Qaynarinfo-nun məlumatına görə, turun ilk günündə bir qarşılaşma baş tutacaq. "Zirə" doğma azarkeşlər önündə "Sumqayıt"ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüşə saat 17.00-da start veriləcək.
 
Azərbaycan Premyer Liqası, VI tur

17:00. "Zirə” – "Sumqayıt”
 
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Eyyub İbrahimov, Vüqar Həsənli.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zirə İdman Kompleksinin stadionu

Turun digər qarşılaşmaları 16-17 sentyabrda olacaq.
 
"Zirə" - 12, "Turan Tovuz" - 9, "Neftçi" - 8, "Sumqayıt" - 7, "Qarabağ" - 7, "Səbail" - 7, "Araz Naxçıvan" - 7, "Sabah" - 4, "Kəpəz" - 4, "Qəbələ" - 3
 
Səbuhi Həsənov