İdman 10:36 14.04.2023

Azərbaycan Premyer Liqasında XXX tura start verilir

Bu gün Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.

Qaynarinfo xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq. Əvvəlcə "Zirə" doğma meydanda "Səbail"i qəbul edəcək. 

İki komanda indiyədək ölkə çempionatında 22 dəfə üz-üzə gəlib. Bunların 14-də "qartallar", 4-də "dənizçilər" qələbə qazanıblar. 4 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də Rəşad Sadıqovun baş məşqçi olduğu üstündür - 30:14. "Zirə" son 4 ev oyununda meydanı qələbə ilə tərk edib. "Səbail" son 6 səfər matçında qalib gəlmir.

Digər görüş "Bakcell Arena"da baş tutacaq. "Qəbələ" "Neftçi"nin qonağı olacaq. Bunadək keçirilmiş 58 Premyer Liqa oyununda paytaxt klubu 27, əyalət təmsilçisi 17 dəfə qələbəni bayram edib. 14 qarşılaşmada heç-heçə qeydə alınıb. Bakılıların 86 qoluna qəbələlilər 67 topla cavab veriblər. "Neftçi" son 11 ev matçında qol vurub. "Qəbələ" son üç oyunda qələbə qazanmayıb.

Azərbaycan Premyer Liqası, XXX tur
 
14 aprel (cümə)

17:30. "Zirə" - "Səbail"
 
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Zöhrab Abbasov, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksinin stadionu

20:00. "Neftçi" - "Qəbələ"
 
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Şirmamed Mamedov, Rəşad Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
"​​​​Bakcell Arena".
 
"Qarabağ" - 77, "Sabah" - 65, "Neftçi" - 60, "Qəbələ" - 39, "Zirə" - 38, "Turan Tovuz" - 29, "Kəpəz" - 25, "Sumqayıt" - 24, "Şamaxı" - 21, "Səbail" - 21
 
Səbuhi Həsənov