Azərbaycan Premyer Liqasını tərk edən komanda müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, "Şamaxı” sonuncu - 36-cı turda səfərdə "Səbail”ə uduzaraq (0:1) elita ilə vidalaşıb.
"Səbail”i Premyer Liqada saxlayan qolu 45+1-ci dəqiqədə Franko Mazurek vurub.
Bu nəticədən sonra paytaxt təmsilçisi 29 xalla 9-cu yeri tutub. "Şamaxı” isə 25 xalla 10-cu olub. Bölgə təmsilçisi növbəti mövsüm I Divizionda mübarizə aparacaq.
Şərhlər