Ölkə 18:53 02.10.2023

“Azərbaycan Qərb səhiyyəsinə keçid dövrünü yaşayır" - Adil Qeybulla

"Azərbaycanda artıq Qərb səhiyyəsinin xeyli ənənələri var”.
 
Bunu Qaynarinfo-ya professor Adil Qeybulla Beynəlxalq Həkimlər Günündən danışarkən deyib. 

Adil Qeybulla bildirib ki, səhiyyənin, onun nümayəndələri olan həkimlərin qarşısında duran əsas vəzifə genefondun, sağlamlığın qorunmasıdır: 



"Bu gün qloballaşan dünyada Qərb səhiyyəsinin əsas hədəfi ölkələrdə, müasir elmin naliyyətləri çərçivəsində genofondu qorumadır. Yəni, öz millətinin xalqının sağlamlığı keşiyində dayanmaqdır. Həkimin əsas vəzifəsi işini vicdanla yerinə yetirməkdir. Həkim öz bilik və bacarığını xəstənin xeyrinə sərf etməlidir. Əgər bunlar səmimi həyata keçirilirsə, təbii ki, millət, vətəndaş və xalq da ondan fayda görür”. 

Professor qeyd edib ki, Azərbaycan səhiyyəsi bu gün Qərb səhiyyəsinə keçid dövrünü yaşayır: 

"İcbari Tibbi Sığorta da tətbiq olunub. Səhiyyədə nöqsanlar olduğu kimi xeyli də irəlləyiş var. Hesab edirəm ki, proses gedikçə təkmilləşməli, güclənməli, həkimlərin, tibb işçilərinin maddi-texniki təhcizatı və təminatı güclənməlidir. Bundan əlavə ölkədə həyata keçirilən tibbi xidmətin keyfiyyəti artırılmalıdır”. 

Bahar Rüstəmli