İdman 11:08 27.02.2023

Azərbaycan - Yunanıstan: 4 oyun, 4 qələbə

Martın 3-də Bakı İdman Sarayında futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün əsas mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.
 
Qaynarinfo-nun məlumatına görə, rəqib Yunanıstan yığması olacaq. Azərbaycan Futzal Federasiyası yunanlarla oyunlarımızın statistikasını hazırlayıb. 
 
Komandamız ellada təmsilçisi ilə 5-ci dəfə rəsmi görüşdə üz-üzə gələcək. Buna qədər keçirilən 4 duelin hamısında məhz yığmamız qələbə qazanıb. Bu oyunlarda rəqib qapısına 22 qol vuran komandamız cəmi 3 dəfə topu torundan çıxarıb. Son 3 dueldə isə futzalçılarımız qapısını toxunulmaz saxlayıb. 

DÇ-2000 (seçmə mərhələ - Xorvatiya)
 
29.02.2000. Azərbaycan - Yunanıstan 8:3
 
AÇ-2022 (əsas mərhələ)
 
02.02.2021 Yunanıstan – Azərbaycan 0:3
14.04.2021 Azərbaycan - Yunanıstan 4:0
 
DÇ – 2024 (əsas mərhələ)
 
11.10.2022 Yunanıstan – Azərbaycan 0:7
 
Səbuhi Həsənov