Ölkə 19:21 30.04.2023

Azərbaycana yağan güclü dolunun görüntüsü (VİDEO)

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın bəzi rayonlarında dolu düşüb, leysan yağıb.

Zaqatala və Goranboya yağan dolunun görüntüləri yayılıb.

Qeyd edək ki, aprelin 30-u saat 16:00-a olan məlumatına əsasən, Daşkəsən, Göygöl, Gəncə, Şahdağ, Cəfərxan, Altıağac, Beyləqan, Sabirabad, Zərdab, Yardımlı, Lerik, Astara, Neftçala, Kürdəmir, Mingəçevir, Lənkəran, Qəbələ, Balakən, Qax, Göyçay, Qobustan, Zaqatala, Ləzə, Xınalıq, İmişlidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Leysan xarakterli yağış nəticəsində Goranboy rayonu Börü qəsəbəsi, Gürzallar kəndindən sel keçib.

Saat 13:10-13:14 radələrində Gəncə şəhərinə diametri 12, Goranboy rayonu Aşağı Ağcakənd ərazisinə, saat 14:30-14:45 radələrində Goranboy rayonunun Muzdurlar kəndi və Dəliməmmədli şəhərində 12-13, Erkeç, Gürzallar, Rus Borisi kəndlərinə, saat 15.38-15.51 radələrində Zaqatala rayonunun Muxax, Çobankol, Car kəndlərinə 22-25, Lənkəran rayonuna saat 15.13 radələrində 12 millimetr olan dolu düşüb.