Ölkə 14:08 03.04.2024

Azərbaycanda atların sayı azalıb - Dəvələrin sayında artım var

Azərbaycanda atların sayı azalıb, dəvələrin sayında isə artım qeydə alınıb.

Qaynarinfo-nun Modern.az-a istinadən məlumatına görə, 2023-cü ildə ölkəmizdə 53076 baş at mövcud olub.

Bu rəqəm 2022-ci illə müqayisədə təxminən 6% azdır. Belə ki, həmin il ölkədə 56576 baş at olub.

Ötən il atların 14216-sini 1 yaşdan 2 yaşa qədər olanlar, 31375 başı isə 3 yaş və daha böyük madyanlar təşkil edib.

Ölkədə atların sayının ən çox olduğu rayon Zaqataladır. 2024-cü ilin əvvəlinə olan məlumata görə bu rayonda 3590 baş at mövcud olub. Paytaxt Bakı şəhərində isə cəmi 50 at var. Atların sayının daha çox olduğu rayonlar arasında Quba (2528), Cəlilabad (2000), Sabirabad (1799) da var.

İqtisadi rayonlar üzrə atların sayı aşağıdakı kimi olub:

Bakı iqtisadi rayonu - 153

Naxçıvan iqtisadi rayonu – 2155

Abşeron–Xızı iqtisadi rayonu - 427

Dağlıq Şirvan iqtisadi rayonu - 2280

Gəncə–Daşkəsən iqtisadi rayonu - 3217

Qarabağ iqtisadi rayonu - 4764

Qazax–Tovuz iqtisadi rayonu - 5253

Quba–Xaçmaz iqtisadi rayonu - 6410

Lənkəran–Astara iqtisadi rayonu - 5465

Mərkəzi Aran iqtisadi rayonu - 3514

Mil–Muğan iqtisadi rayonu - 6220

Şəki–Zaqatala iqtisadi rayonu – 7453

Şərqi Zəngəzur iqtisadi rayonu – 2930

Şirvan–Salyan iqtisadi rayonu - 2875

2024-cü ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda dəvələrin sayı əvvəlki illə müqayisədə 4 baş artaraq 361-ə çatıb. Dəvələrin ən çox olduğu rayon Hacıqabuldur.

Ölkə üzrə qatırların sayı isə 38 baş təşkil edib. Bu heyvanlar Oğuz, Neftçala, Astara, İsmayıllı və digər rayonlarda qeydiyyata alınıb.