Video 10:07 17.08.2022

Azərbaycanda ət bahalaşdı (VİDEO)

Son bir neçə gündür dana ətinin qiyməti bahalaşıb. İndi hər kiloqram dana ətinin qiymətində 1 manat, 1.50 qəpik artım var. Belə ki, paytaxtda qəssablar sümüklü 1 kiloqram dana ətini 11 manat 50 qəpiyə, 12 manata verirlər.

Qaynarinfo "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, satıcıların sözlərinə görə, artım son 1 həftədir baş verib.

Həmçinin sümüksüz dana ətinin qiyməti də bahalaşıb. Qiymətlər 15 manat olub.

Bəs bahalaşmanın səbəbi nədir?

Satıcılar bildiriblər ki, danalar rayonlarda bahalaşdığı üçün ətin də qiyməti artıb. Əgər qıtlıq davam edərsə, qiymətlər daha da arta bilər.