Sənət 10:54 08.06.2022

Azərbaycanda ilk dəfə: insan əhvalının mərhələləri...

Azərbaycanda ilk dəfə olaraq insan əhvalının mərhələləri haqqında danışılacaq və uşaqlarla birlikdə insan əhvalının mərhələləri şkalası hazırlanacaq.

Qaynarinfo xəbər verir ki, təlimi Bakı Uşaq və Gənclər Teatrının direktoru, bədii rəhbəri, Əməkdar artisti İntiqam Soltan aparacaq. Teatrdan bildirilən məlumata görə, təkcə narkomaniya deyil, zərərli vərdişlər haqqında interaktiv təlim keçiriləcək. 
 
"Bədənimiz və biz", "Beynimiz ən mükəmməl kompüterdir", "Qarabasma nə deməkdir" və s. kimi mövzuları əhatə edəcək mühazirə auditoriyanın aktivliyindən asılı olaraq 45-60 dəqiqə davam edəcək. Gənclər arasında zərərli vərdişlərə qarşı mübarizə aparmaq üçün keçiriləcək təlimlər İntiqam Soltanın şəxsi təşəbbüsüdür.

Qeyd edək ki, sözügedən təlim 285 saylı orta məktəbdə keçirilib və maraqla qarşılanıb.

Bahar