Azərbaycanda meymunçiçəyi virusu yayıla bilər - Professor
Meymunçiçəyi Azərbaycanda da yayıla bilər...
Tibb elmləri doktoru, professor Adil Qeybulla bu fikirdədir. Onun sözlərinə görə, koronavirus pandemiyasından sonra insanlarda immunitet kütləvi şəkildə zəifləyib. Odur ki, meymun çiçəyinə yoluxma hallarının aşkarlanması mümkündür. Həkim bildirib ki, bu xəstəlik daha çox hava-damcı və təmas yolu ilə yayılır.
Adil Qeybulla bildirib ki, artıq virusla əlaqədar vaksinlərin də hazırlanmasına başlanıb.
Mütəxəssisin fikrincə, xəstəliyin yayılmaması üçün qabaqlayıcı tədbirlər görülməli, sərhəd keçid məntəqələrinə nəzarət gücləndirilməlidir.
Adil Qeybullanın sözlərinə görə, bu virusayaşı 42-dən az olan şəxslərin yoluxma ehtimalı daha çoxdur.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər