Ekonomiks 20:53 05.07.2023

Azərbaycanda Pakistan şirkəti barəsində inzibati porotkol tərtib olundu

"Globalink Logistics DVVC-MMC”nin Azərbaycandakı filialı barəsində inzibati protokol tərtib edilib. 

Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə ittiham olunur. 

İş baxılması Nərimanov Rayon Məhkəməsinə göndərilib. Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovva iş üzrə hakim təyin edilib. 

İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində qeyd edilir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

"Globalink Logistics DVVC-MMC”nin Azərbaycandakı filialı 10 avqust 2016-cı ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Juanid Ahmed Mirdir. 

O, Pakistan əsillidir. "Globalink Logistics DVVC”nin də Pakistan şirkəti olduğu bildirilir. 

Seyid