Yeni mövsümdə ilk sınağını UEFA Çempionlar Liqasında verəcək "Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Qaynarinfo-nun məlumatına görə, ölkə çempionu Özbəkistan millisinin daha bir üzvü ilə anlaşıb. Söhbət 34 yaşlı Dilşod Rahmatovdan gedir. Son klubu "Jizzax-kenteks” olan müdafiəçi icarə əsasında Çempionlar Liqasının oyunlarında təmsilçimizə kömək edəcək.
"Araz-Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilo, serb Ninoslav Aleksiç, özbək Husniddin Nişonov və xorvat qapıçı Luka Pavloviçlə anlaşıb.
Səbuhi Həsənov
Şərhlər