Ölkə 17:25 29.05.2023

Azərbaycanlı deputat Ərdoğanın qələbəsinə görə qurban kəsəcək? (VİDEO)

"Türkiyənin prezident seçkisində Ərdoğanın qalib gəlməsi üçün qurban boyun olmuşdum. Tarixi zəfərimizlə bağlı qurban kəsməyin vaxtıdır”. 

Bu sözləri Baku TV-yə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib:

"Ya bu gün, ya sabah qurban kəsəcəyəm, verdiyim sözü həyata keçirəcəyəm”.

Xatırladaq ki, Türkiyədə keçirilən prezident seçkisinin birinci turu zamanı millət vəkili Elman Nəsirov Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi üçün qurban demişdi.